AVCİYA regionlarda tədbirləri davam etdirir Siyasət

AVCİYA regionlarda tədbirləri davam etdirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar regionlarda tədbirləri davam etdirir. Bu barədə "Xalq Cəbhəsi"nə AVCİYA-dan məlumat verilib. AVCİYA Seçki Qərargahı Sabirabad, Şirvan, Salyan və Hacıqabul rayonlarından sonra Mingəçevir, Yevlax, Naftalan və Ağdaş rayonlarında seminarlar keçirib.
Tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. Seçki Qərargahının rəhbəri tədbir iştirakçılarını AVCİYA Seçki Qərargahının Fəaliyyət Proqramı ilə tanış etdikdən sonra müşahidəçilərə təlimlər keçib.
Tədbirlərdə həmçinin, AVCİYA Seçki Qərargahının üzvləri, AVCİYA Mingəçevir Regional ofisinin rəhbərliyi və rayon koordinatorları iştirak ediblər.
AVCİYA Seçki Qərargahı növbəti tədbirləri Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarından olan müşahidəçilər və seçki fəalları üçün keçirəcək.