
"Dördgünlük müharibəyə erməni hərbi elitasının bacarıqsızlığı, döyüş qabiliyyətli ordu mifologiyası katalizatorluq edib...1994-cu il atəşkəsdən sonra dövlətin ideyası, qələbənin dəyərinin şişirdilməsi ilə məşğul olub və müharibədən yayınmaqla, onu daha da yaxın buraxıb".
Bu barədə "1in.am" saytı aprel döyüşlərinin ikinci ildönümü münasibətilə dərc etdiyi məqalədə qeyd edilir. Məqaləni sizə olduğu kimi təqdim edirik.
"2 il əvvəl Qarabağ cəbhəsinin şimal-şərq hissəsi olan Ağdərə və cənub hissəsi olan Hadrut ərazisində qızğın döyüşlər başladı. Dördgünlük müharibə bizi köhnə xülyalara vida etməklə, yeni reallıq içərisində oyanmağa məcbur etdi. Dördgünlük müharibəyə erməni hərbi elitasının bacarıqsızlığı, döyüş qabiliyyətli ordu mifologiyası katalizatorluq edib.
Dördgünlük müharibə, müharibə və sülh dilemmasına yeni bir nəzər salmağa məcbur etməklə, təəssüf ki, erməni siyasi sisteminin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırlanmış bir planı olmadığını ortaya qoydu.
Müharibə göstərdi ki, 1994-cu il atəşkəsdən sonra dövlətin ideyası, qələbənin dəyərinin şişirdilməsi ilə məşğul olub və müharibədən yayınmaqla, onu daha da yaxın buraxıb. Korrupsiya, seçki saxtakarlığı üzərində qurulan hakimiyyət birinci müharibədəki qələbənin təsirini dövlətin inkişaf alətinə çevirib və faktiki olaraq bunun hesabına yaşayıb. Müasir dövlət qurmaq imkanı olan siyasi, humanitar sahəni məhv edib.
Dördgünlük müharibə ərəfəsində fəaliyyətdə olan dövlət modelinin dağılması təsadüf deyil. Müharibə hakimiyyətin korrupsiyalarını tamamilə ortaya qoydu. Aprel ayında baş verən müharibədən cəmi bir neçə ay sonra polis alayına məlum hücumun baş verməsi də təsadüfi hal deyil. Tam 1 il sonra isə faktiki olaraq cəmiyyətin siyasi kapitulyasiyası baş verdi. Bu hakimiyyətin yeni hərbi çağırışlar qarşısında problemlərin həlli prosesində "Ağ bayraq" qaldırması demək idi.
Müharibə ermənilərin müttəfiqlər və dünya, beynəlxalq münasibətlər və humanizm haqqında təsəvvürlərini dəyişdi. Lakin müharibədən 2 il sonra yeni müharibə risklərini gündəlikdə saxlamaqla hələ də onun nəticələrini dərk etməmişik".