“Azərbaycanla bu məsələni müzakirə etməyə hazırıq” Siyasət

“Azərbaycanla bu məsələni müzakirə etməyə hazırıq”

"İraqda olan azərbaycanlı uşaqlar və qadınlarla bağlı İraqhökuməti olaraq danışıqlar aparmağa, bu məsələni müzakirələr keçirtməyə hazırıq".
Bunu İraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda bildirib.
O qeyd edib ki, bir çox ölkəyə uşaqlarının geri qaytarılmasında köməklik göstəriblər.
"İraqda qalan 27 uşağın qaytarılmasında Rusiyaya kömək etmişik. Azərbaycanla da bu məsələni müzakirə etməyə hazırıq. Onların geri qaytarılmasına dair qərara gələ bilərik.
Bildiyimə görə, Azərbaycan tərəfdən bununla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Müraciət olarsa, əlbəttə ki, danışıqlara hazırıq", - deyə bildirib.
"Azərbaycan və İraq arasında yaxşı əlaqələr var. İraqın Bakıdakı səfirliyi yaxşı işləyir. Azərbaycanın İraqdakı səfirliyinin də fəaliyyəti yaxşıdır. Düşünürük ki, əlaqələrimizi daha da yaxşılaşdıra bilərik"deyən nazir müavini bildirib ki, son 2-3 il ərzində İraqdan Azərbaycana gələn turistlərin sayı artıb: "Əgər 4-5 il əvvəl İraqdan Azərbaycana ildə 2-3 min turist səfər edirdisə, indi bu rəqəm 65 minə yaxındır.
Düşünürəm ki, energetika və kənd təsərrüfatı sahəsində də əməkdaşlığımızı artırmalıyıq. İraq və Azərbaycanın bunun üçün potensialı çoxdur".