“Ermənistan cəmiyyəti cana doyduqlarından küçələrə axışmağa qərar verdi” Siyasət

“Ermənistan cəmiyyəti cana doyduqlarından küçələrə axışmağa qərar verdi”

"6 gündür ki, Ermənistanda vəziyyət gərgin olaraq qalır. Serj Sarkisyana etiraz olaraq minlərlə etirazçı aksiyalarını davam etdirirlər. Ermənistanda konstitusiya dəyişikliyindən sonra ölkə parlament üsul idarəsinə keçdi". Bunu politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, Serj Sarkisyan rəsmi olaraq prezident kürsüsündən imtina etdi: "Lakin o, hakimiyyətdən əl çəkməyəcəyini gizlətmirdi. Məqsədi isə baş nazir kürsüsünə yiyələnərək hakimiyyətinin ömrünü uzatmaqdır. Ermənistan cəmiyyəti isə bu yalançı, korrupsioner, tayfabaz və saxtakar rejimdən cana doyduqlarından küçələrə axışmağa qərar verdilər. Koçaryanın prezidentliyindən sonra Ermənistanda hakimiyyət bütünlüklə "Qarabağ mafiyası" adlanan qruplaşmaya aid oldu. Bu qruplaşma xüsusi qəddarlıq, korrupsiya və rüşvətə bulaşaraq ölkəni orta əsrlər səviyyəsində idarə etməyə çalışır. Parlamentli respublika dövrün tələbələrinə cavab verən bir quruluş olsa da Serj Sarkisyan bu sistemin imkanlarından yaralanaraq cinayətkar rejiminin ömürünü uzatmağa çalışır.
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan "məxməri inqilab" anonsunu verdi. Yerevanda bu saatlarda vəziyyət gərgindir. Etirazçılar parlament binasına daxil olmağa çalışırlar. Polislə toqquşma var.
"Erməni ermənisi" ləqəbini qazanan prezident Armen Sarkisyan "Qarabağ ermənisi" Serj Sarkisyana qarşı olan antipatiyası üzə çıxmaqdadır. Böyük ehtimalla Paşinyan hazırki prezidentdən dəstək alır. Lakin Serj tərəfində güc strukturlarının olması vəziyyəti daha da gərginləşdirir. Etirazçılar arasında həbs olunanlar var. Bu aksiyalar nəticə vermədiyi halda etirazların yenidən başlaması mükündür. Ən azından yay ayları Ermənistanda çox isti keçəcək".