“ABŞ-a güvənməməliyik” Siyasət

“ABŞ-a güvənməməliyik”

Emmanuel Makron: "Avropa İttifaqı Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində əlaqələr qurmalıdır"

Fransa prezidenti Emmanuel Makron ABŞ dövlət başçısı Donald Trampı hədəf seçən çox sərt açıqlama verib.
Fransa lideri qeyd edib ki, Avropanın müdafiəsi üçün ABŞ-a güvənməməliyik, yeni bir layihə icra etməliyik: "Qitənin müdafiəsinə bütün ölkələr daxil olmalıdır. Buna Rusiya da daxildir".
Suriyadakı vətəndaş müharibəsinə toxunan Fransa prezidenti vurğulayıb ki, Əsəd rejimi kimyəvi silahlardan istifadə etdiyi təqdirdə hava hücumları başladılacaq: "Əsədi dəstəkləmək "bərbad bir səhv" olar".
Emmanuel Makron qeyd edib ki, uzunmüddətli perspektivdə Avropanı Rusiya və Türkiyə ilə əlaqələr olmadan qura bilmərik.
Fransa prezidentinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya və Türkiyə ilə yalnız strateji tərəfdaşlıq çərçivəsində əlaqələr qurmalıdır: "Bu ölkələr Aİ-nin kollektiv təhlükəsizliyi üçün vacibdir. Onları Avropaya birləşdirmək lazımdır. Çünki onların Avropa ilə birgə tarixi var. Gələcəyimizi birlikdə qurmalıyıq".
Bundan əlavə, o qeyd edib ki, Fransa beynəlxalq münaqişələrin həllində vasitəçi rolu oynamalıdır: "Biz diplomatik, hərbi, mədəniyyət, təhsil, milli və Avropa nəhəngi olmalı və həmişə vasitəçi kimi çıxış etməliyik".