“ABŞ İranla hərbi-kəşfiyyat müstəvisində mübarizəyə başlayacaq” Siyasət

“ABŞ İranla hərbi-kəşfiyyat müstəvisində mübarizəyə başlayacaq”

"İranla ABŞ arasında davam edən iqtisadi və diplomatik müharibə noyabrdan sonra daha da kəskinləşəcək. Vaşinqtonun İrana tətbiq edəcəyi sanksiyalar paketi bu ölkənin neft-qaz ixracını məhdudlaşdıracaq. Əgər, İran bu sanksiyalardan sonra, öz siyasi kursunda dəyişiliklər etməsə, ABŞ-ın İrana qarş "B" planı işə düçəcək".
Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, ABŞ İranla hərbi-kəşfiyyat müstəvidə mübarizəyə başlayacaq: "Həmçinin İran daxilində etirazların formalaşdırmaq kimi planlarıda reallaşdıracaq. İrana qarşı sanskiyaların Azərbaycan- İran iqtisadi əlaqələrinə təsir imkanları qaçılmazdı.Vaşinqton rəsmi Bakıdan Azərbaycanla İran arasında birgə müəssilərin fəaliyyətindən imtina etməsini istəyə bilər. Söz yox, İranla ölkəmiz arasında ticari əlaqlərdə ciddi rəqəm yoxdur. İki ölkə arasında bundan sonra iqtisadi və ticarı əlaqlərin inkişafı gözlənilirdi. Sanksiyalardan sonra, artıq iqtisadi və ticari əlaqələrdə artım olmayacaq.
Qeyd edim ki, Vaşinqton İrana qarşı mübarizədə Azərbaycanın ərazisindən digər məqsədər üçün istifadə etməsinə ehtiyac yoxdur. Yalnız Cənubi Azərbaycan məsləsində Bakının imkanlarından istifadə edə bilər.
İran ətrafında Vaşinqton kifayət qədər hərbi-siyasi izolyasiya formalaşdırb. Digər, qonşu ölkələrin mətbutaında ABŞ-İran müharibısində Azərbaycanın Vaşinqtonun platsdarm olacağını qeyd etməsi həqiqəti əks etdirmir. Vaşinqtonun bu məsələdə Azərbaycana ehtiyacı yoxdur".