Türkiyə Ermənistandakı PKK terrorçularını ifşa etdi Siyasət

Türkiyə Ermənistandakı PKK terrorçularını ifşa etdi

Şimali İraqdan Qara dəniz istiqamətinə sızmaq cəhdi boşa çıxan PKK terror təşkilatının yeni planı ifşa olunub.
PKK-nın Ermənistanda olan düşərgələrində yerləşmiş terrorçular qanunsuz solçu terror təşkilatlarının olduğu Agrı, Bingöl, Tunceli və Tokat üzərindən Qara dəniz dağlarına keçməyə çalışır.
Türkiyənin "Yeni Şəfəq" qəzetinin xəbərinə görə, PKK-nın Ermənistandakı düşərgələrindən terrorçuların sərhədi keçərək Tendurek dağına yerləşdiyi ortaya çıxıb.
Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular sərhəddən adlayaraq TİKKO, MHP, TİKB, MLKP kimi qanunsuz sol terror təşkilatlarının kamuflyajı altında bölgəyə sızıb.
Terrorçuların Qara dənizə sızmasının əsas səbəbi də aydın olub. Amons dağlarında məhv edilən PKK yenidən təşkilatlanaraq Qara dənizi Amonsa çevirmək niyyəti güdür.
Həbs edilən PKK-nın Qara dəniz üzrə nümayəndəsi, "Halo" kod adlı Eyyub Çəlikin verdiyi ifadə əsasındə Türkiyə təhlükəsizlik qüvvələri Amons ərazisində PKK-ya sarsıdıcı zərbələr vurub.
PKK-nın birinci mərhələdə Qara dənizə ərazisinə yerləşmək, daha sonra isə partlayıcı maddələri bura gətirmək planları varmış.
Türkiyə təhlükəsizlik qüvvələri Qara dəniz bölgəsinə sızmaq istəyən PKK-nın, eləcə də qanunsuz sol terrorçu təşkilatların Tunceli, Bingöl, Ağrı və Tokat ətrafındakı fəaliyyəti ilə bağlı geniş tədbirlər həyata keçirib.