Ənvər Paşanın nəvəsi Bakıya dəvət olunub Siyasət

Ənvər Paşanın nəvəsi Bakıya dəvət olunub

"13 sentyabrda Beynəlxalq Mətbuat Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Avrasiya Araşdırmalar İnstitutunun birgə təşkilatçığı ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinə həsr olunmuş tədbir keçiriləcək".
Bu sözləri ATXƏM-in koordinatoru və icra katibi İlqar İlkin deyib. O bildirib ki, bu tədbirə Mətbuat Şurası və QHT Forumu da dəstək verir.
"Tədbir Qafqaz İslam Ordusu ilə bağlıdır. Saat 6-da isə Rəşid Behbudov adına Mahnı Teatrında konsert olacaq. Tədbirə Ənvər Paşasının nəvəsi, Nuru Paşanın qardaşının nəvəsi Arzu Ənvər xanımı dəvət etmişik. Tanınmış müğənni , "Özbek, türkmən, uyğur, tatar, azer bir boydur" mahnısını ifa edən Hasan Sağındık təşkil olunan konsertdə ifa edəcək. ATXƏM hər il belə tədbirlər keçirir. Əvvəlki illərdə Nuri Paşanın ordusunda xidmət etmiş Hüseyn Əfəndinin oğlu İslam Özkösəli də iştirak edirdi, amma bu il sağlamlığına görə gələ bilmədi".
İlqar İlkin bildirib ki, İstanbul Türkiyə-Azərbaycan dərnəyinin üzvləri hazırda onların dəvəti ilə Gəcədədir.
"Həmin dərnək 16 nəfər heyət ilə Gəncədən Bakıya Qafqaz İslam Ordusunun keçdiyi yolla gələcəklər. Daha sonra Quba soyqrımı məzarlığına gedəcəklər. Bu gün Gəncədədirlər, sabah Şəki, Göyçay, sonra Salyan, Bakı və Quba istiqamətində hərəkət edəcəklər. Bunu da biz hər il edirik".