Milli Məclisdə “Vahid Rusiya Gənclər Qvardiya”sı ilə görüş keçirildi Siyasət

Milli Məclisdə “Vahid Rusiya Gənclər Qvardiya”sı ilə görüş keçirildi

Dünən Milli Məclisdə Rusiya Federasiyasının hakim partiyasının gənclər təşkilatı olan "Vahid Rusiya Gənclər Qvardiya"sı Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Azərbaycandakı Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin, həmçinin deputatlar Aydın Mirzəzadə, Sevinc Hüseynova, Azər Badamov və digərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Ə.Hüseynli Azərbaycan ilə Rusiya arasında mövcud olan əlaqələrdən danışıb. İki ölkə arsında yüksək səviyyəki əməkdaşlığın olduğunu qeyd edən Ə.Hüseynli bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx əlaqələr mövcuddur, qanunvericilik sahədində səmərləi təcrübə mübadiləsi aparılır.
Ə.Hüseynov bildirib ki, hər iki ölkənin parlamentlərində gənclər də təmsil olunur və Azərbaycan ilə Rusiya gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu cür səfərlərin təşkili çox müsbət haldır.
Görüşdə çıxış edən deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycanla Rusiya arasında mehriban qonşuluq əlaqələri mövcuddur.
Digər deputatlar da iki ölkə arasında yüksək əməkdaşlığın mövcud olduğunu və bu cür səfərlərin əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin üzvü Dinar Railoviç Barıyev Azərbaycana səfərdən məmmun olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan ilə Rusiya gəncləri arasında dostluq münasibətləri daim inkişaf edir: "Bizim dostluq əlaqələrimiz daim inkişaf edir. Gələcəkdə də azərbaycanlı gəncləri Rusiyaya dəvət etmək niyyətindəyik".