Qarabağ məsələsinə bütün siyasi qüvvələr dəstək verməlidir Siyasət

Qarabağ məsələsinə bütün siyasi qüvvələr dəstək verməlidir

Qarabağ mitinqini kimin və ya hansı təşkilatın keçirməsindən asılı olmayaraq, hamımız Qarabağ adına olan bütün aksiyaları dəstəkləməliyik və qoşulmayılıyıq. Qarabağ məsələsinə bütün siyasi qüvvələr dəstək verməlidir.
BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı sabah baş tutacaq Qarabağ mitinqi ilə bağlı danışarkən belə deyib.
Niyaməddin Orduxanlı deyib ki, BAXCP Qarabağ mitinqi ilə əlaqədar yerli rayon şöbələrinə məlumat verib və mitinqdə iştirak etməyi məqsədəuyğun hesab edib:
"Sentyabrın 29-da "Məhsul" stadionda keçirilən mitinqin əsas təşkilatçiları Qarabağ əlilləri və qaziləridir. Qarabağ bizim ümimmilli məsələmizdir. Kimin və ya hansı təşkilatın keçirməsindən aslı olmayaraq, biz Qarabağ adına olan bütün aksiyaları dəstəkləməliyik və qoşulmayılıyıq!
Biz partiya olaraq mitinqin hazırlıq prosesində iştirak etməmişik və mitinqə hansı siyasi partiyaların, QHT-lərin, ziyalıların qatılacağını bilmirik. Düşünürəm ki, bu bir milli məsələ olduğuna görə, hər kəs öz dəstəyini əsirgəməməlidir.
Sabah həmin mitinqə iştirak edəcəyik. Hər kəs çox yaxşı bilir ki, BAXCP hər zaman milli məsələrə dəstək verib və bundan sonra da verəcək".
Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda "Məhsul" stadionunda Qarabağla bağlı mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.