“Azərbaycanla münasibətlər Türkiyə üçün müstəsna əhəmiyyətə malikdir“ Siyasət

“Azərbaycanla münasibətlər Türkiyə üçün müstəsna əhəmiyyətə malikdir“

"Azərbaycanla münasibətlər Türkiyə üçün müstəsna əhəmiyyətə malikdir".
Bunu ADA Universitetində keçirilən "Türkiyənin mədəniyyət diplomatiyası" panelində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
"Biz Dağlıq Qarabağ məsələsində də, başqa məsələlərdə də daim Azərbaycanın yanındayıq. Bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə hazırıq. Azərbaycan müstəqillik qazandığı gündən etibarən həmişə onunla olmuşuq və olacağıq", - deyə vurğulayan diplomatın sözlərinə görə, iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biri də mədəniyyət sahəsidir.