“Mədəniyyətlərarası dialoqa insan inkişafından ayrı baxıla bilməz” Siyasət

“Mədəniyyətlərarası dialoqa insan inkişafından ayrı baxıla bilməz”

Bakı Beynəlxalq Humanitar Forumu bir sıra problemləri qlobal gündəliyə çıxararaq həll yollarını tapmağa çalışır.
Bunu YUNESKO-nun sabiq baş direktoru İrina Bokova VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Bakı Prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı 3-cü plenar sessiyada çıxışı zamanı deyib.
İ.Bokova bildirib: "Mədəniyyətlərarası dialoqun düzgün təşkili üçün hansı işlərin görülməsini, atılacaq addımları hamımız düşünürük. Çağırışlar daha çox bərabərsizlikdən, sülhün olmamasından, miqrasiyadan əziyyət çəkən insanlarla bağlı olur və hələ də bu problemlər qalır. Forum bu məsələləri qlobal gündəliyə çıxararaq, müzakirələr apararaq həll yollarını tapmağa çalışır".
O, həmçinin vurğulayıb ki, mədəniyyətlərarası dialoqa insan inkişafından ayrı baxıla bilməz:
"Müxtəlif mədəniyyətlər haqqında məlumatsızlıq əsas maneə hesab olunur. Siyasi münaqişələrin aradan qaldırılmasına, mövcud problemlərin həll edilməsinə sülh yolu ilə nail olmaq lazımdır".