Ramiz Mehdiyev Patruşev və Stanislav Zasla görüşüb Siyasət

Ramiz Mehdiyev Patruşev və Stanislav Zasla görüşüb

Xəbər verdiyimiz kimi, bu gün Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib.
Tədbir çərçivəsində, həmçinin informasiya və kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması sahəsində təşəbbüslər, faşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi və bir sıra digər məsələlərə dair məruzələr dinlənilib.
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib, müzakirə olunan sahələr üzrə Azərbaycan Respublikasının müsbət təcrübəsi barədə məlumat verib.
PA rəhbəri Ramiz Mehdiyev, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə təhlükəsizliyin təmin edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Qeyd edək ki, iclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təmsil edib.