“Paşinyan həqiqəti nə qədər tez anlasa...” Siyasət

“Paşinyan həqiqəti nə qədər tez anlasa...”

Ermənistanın baş naziri N.Paşinyan Xarici İşlər Nazirliyinin əməkdaşları ilə ilin yekunlarına həsr olunmuş görüşdə beynəlxalq aləmin Dağlıq Qarabağla bağlı həqiqəti bilmədiyini açıqladı və təbliğatın gücünü artırmağa çağırdı ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ barəsində həqiqəti, başqa sözlə onun erməni variantını bilsin.
Əslində Dağlıq Qarabağ məsələsində Ermənistana qarşı indiki mövqe beynəlxalq aləmin Dağlıq Qarabağ mövzusunda düzgün məlumatlandırmanın nəticəsidir. 1980-ci illərdən, xüsusən SSRİ dağılan vaxtlardan bütün dünyaya səpələnmiş ermənilər öz imkanlarından istifadə edərək Dağlıq Qarabağ məsələsi ilə bağlı erməni versiyasını beynəlxalq aləmə sırıya bildilər.
Lakin sonradan Azərbaycan dövlətinin qurduğu təbliğat konsepsiyası beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi mövzusu ilə kifayət qədər məlumatlandırdı. Ən vacibi isə nüfuzlu aktorları Dağlıq Qarabağla bağlı həqiqətləri öyrənməyə sövq edə bildi. Adicə bir misal: ABŞ-ın ATƏT MQ-də keçmiş həmsədri Metyu Brayza Rusiya arxivlərinə istinadən Yerevanın vaxtilə Azərbaycan şəhəri olduğunu bildirdi.
Prezident İ.Əliyevin Yerevan və indiki Ermənistanın digər ərazilərinin tarixən Azərbaycana məxsusluğu ilə bəyanatlarıni Ermənistan dəfələrlə beynəlxalq müzakirə obyektinə çevirməyə cəhdlər etsə də, nail ola bilməyib. Çünki indi beynəlxalq ictimaiyyətin həqiqəti bilir.
Nikol Paşinyanın Ermənistan və Dağlıq Qarabağla bağlı həqiqəti bilməsi və Ermənistanda bu həqiqətləri yayması çox yaxşı olardı. Ekspertlərin əksərən Ekspertlər tərəfindən verilən ilkin adı "kiçik Ermənistan" olan indiki Ermənistan bu regionda Çar Rusiyası tərəfindən yaradılıb. Dağlıq Qarabağa və Ermənistana İrandan və Osmanlı imperiyasından ermənilərin kütləvi köçməsi tamamilə sənədləşdirilmiş məsələdir. Qətlinin təşkilində ermənilərin iştirak etdiyi Rusiyanın İrandakı səfiri A.Qriboyedov bu işin əsas təşkilatçısı olub. O vaxtkı imperiyalar üçün belə məsələlər adi şey idi.
Paşinyan həqiqəti nə qədər tez anlasa bir o qədər çox onun xalqı, dövləti üçün eləcə də özü üçün əhəmiyyətli ola bilər.