“Prosesin təşviq edilməsi həmsədrlərin fəaliyyətinin bir hissəsidir” Siyasət

“Prosesin təşviq edilməsi həmsədrlərin fəaliyyətinin bir hissəsidir”

"Danışıqlar prosesinin olmamasındansa, istənilən məqbul danışıqlar prosesi daha yaxşıdır. Daim bu cür bəyanatlar olur. Görüşlər və danışıqlar prosesinin təşviq edilməsi həmsədrlərin fəaliyyətinin bir hissəsidir".
Bu barədə erməni mətbuatına verdiyi müsahibəsində yanvarın 16-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Parisdə keçirilən görüşü və bununla bağlı Minsk Qrupunun həmsədrlərinin bəyanatına münasibət bildirərkən erməni parlamentinin deputatı, politoloq Mikayel Zolyan danışıb.
"Bizdə cümlələr arxasında çox şey görmək istəyirlər. Siyasi mövqelərdən və ya hansısa gündəlikdən asılı olaraq, bu və ya digər siyasi güc, yaxud mətbuat vasitəsi hər hansısa konteksti görə bilər. Buna, "Qarabağı güzəştə gedirlər" və ya əksinə "Münaqişənin həllinə nail ola bilmirlər" deyə bilər, bütün bunları bir tərəfə qoyaraq, bunu növbəti danışıqlar prosesi kimi nəzərdən keçirə bilərlər", - deyə politoloq qeyd edib.