“Prezidentlərin görüşünün Yaxın Şərqə müəyyən təsirləri olacaq” Siyasət

“Prezidentlərin görüşünün Yaxın Şərqə müəyyən təsirləri olacaq”

"Türkiyə və Rusiya prezidentlərinin görüşünün Yaxın Şərqə müəyyən təsirləri olacaq. Çünki müzakirə olunacaq məsələlər çox ciddi məsələlərdir". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, xüsusilə də Türkiyə-Suriya sərhəddində təhlükəsizlik zolağının yaradılması məsələsi regionda vəziyyəti dəyişdirə bilən bir prosesidir: "Belə ki, Suriya və Suriya ətrafında mürəkkəb proseslər davam etməkdədir. Son günlərdə baş verən hadisələr göstərir ki, İsrailin siyasəti yaxud hərəkətləri Suriya daxilindəki proseslərə müəyyən dərəcədə təsir edir. Digər oyunçular da buradakı vəziyyəti nəzarət altında saxlamağa çalışırlar. Həmçinin, Türkiyə çalışır ki, öz dayaqlarını Suriyada möhkəmləndirsin".
Qeyd edək ki, 23 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada rusiyalı həmkarı ilə görüşəcək. Ölkə liderləri ikitərəfləri münasibətləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər.