“Azərbaycan Avropada özünü daha da yaxından tanıdacaq” Siyasət

“Azərbaycan Avropada özünü daha da yaxından tanıdacaq”

Azərbaycan ən müasir dövlətlərdən biri kimi son illərdə böyük iqtisadi irəliləyiş nümayiş etdirib. İqtisadi yüksəliş və hüquqi əsasların harmoniyası fonunda Avropa İttifaqı ilə qurulan əlaqələr hər iki tərəf üçün maraqlı və faydalıdır. Bu, Azərbaycanı yaxın Şərqdə Avropa İttifaqının daha da vacib ticarət tərəfdaşına çevirə bilər. Hesab edirəm, Avropa ölkələri, xüsusilə də Almaniya hökuməti bunun ciddi fərqindədir.
Bu sAlmaniya parlamentinin deputatı, Azad Demakratlar partiyasının (FDP) rəsmi sözçüsü Marsel Luthenin "Report"un Berlin bürosuna müsahibəsində deyib.
Marsel Luthenin təəssüflə qeyd edib ki, Azərbaycan bir tərəfdaş kimi alman ictimaiyyətində hələ də yetərincə tanınmayıb və mənim fikrimcə, yaxın zamanda bu, müsbət həllini tapacaq: "İkitərəfli maraqlar bu yöndə öz rolunu oynayacaq. Azərbaycan yaxın zamanda təbii qazın güclü ixracatçısı kimi Almaniya və Avropda özünü daha da yaxından tanıdacaq. Xüsusilə, Cənub Qaz Dəhlizi vasitəsilə infrastrukturun gücləndirilməsində Azərbaycanın böyük rol oynayacağını düşünürəm. Bizim fikrimizcə, yaxın gələcəkdə Azərbaycan istər enerji, istərsə də digər layihələr üzrə Avropanın olduqca iri anlamda əvəzedilməz və həlledici tərəfdaşı olacaq".