“Paşinyan populist çağırışlarla xalqa çox ümidlər vermişdi” Siyasət

“Paşinyan populist çağırışlarla xalqa çox ümidlər vermişdi”

10 May

“Mən, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı bir illik fəaliyyətinin nəticələri ilə bağlı irəli sürdüyü 100 faktla tanış deyiləm”. Bunu “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zoqrabyanın jurnalistlərlə açıqlamasında yayıb.Erməni deputat hər hansı problem barədə ayrıca danışa bilməsində çətinlik çəkdiyini deyərək, belə məsələlərin xalqdan soruluşlmasını daha məntiqə uyğun hesab etdiyini bildirib. SİTAT: “Xalqdan soruşun. Əgər xalq öz ailəsində, məişətində dəyişiklikləri görürsə, mən bunu ancaq alqışlaya bilərəm. Əgərgörmürsə, buradanəqədərfaktınictimailəşdirilməsimühümdeyil. Mənimüçünfaktıbəyanetməkvacibdeyil, maraqlıbudurki, xalqsiyasiinqilabdansonrahəyatobrazındamüsbətirəliləyişlərigörüryayox. Əgərgörürsə, ondahərşey “OK”, yox, əgərgörmürsə, ondanazirlərkabinetinində, bizimdəqarşıdaçoxişlərimizvar”.Zoqrabyan özünə gəlincə, erməni deputatı xalqın həyat səviyyəsinin yüksəlməsi və rifah halının yaxşılaşması ilə bağlı heç bir müsbət məqam barədə danışa bilməyəcəyini deyib.

Politoloq Qabil Hüseynli deyib ki, ümumiyyətlə, bəzən insanlar bir adama, onun həyata keçirdiyi dəyişikliklərə böyük ümidlər bəsləyir amma hakimiyyətin müəyyən dövrü gəlib keçəndən sonra o ümidlərin heç biri real olmur”.Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın da erməni xalqına verdiyi bu ümidlər həmin qəbildəndir: “Sonradan isə həmin insanlar yalançı şəxslərdən uzaqlaşmağa başlayırlar və özlərinə yeni bir istiqamət axtarırlar. Heç şübhəsiz ki, Ermənistanda da bu proseslər gedir. Paşinyan populist çağırışlarla xalqa çox ümidlər vermişdi. Amma bu ümidləri yerinə yetirəcək nə dolu büdcə, xəzinə var, nə də ki onun hər hansı imkanları var. Xaricdən alacaqlarına ümid bəsləsələr də amma bu ümidlər də özünü doğrultmur. Belə olan təqdirdə təbii ki, həm müxalifətin, həm də erməni cəmiyyətinin içərisində qütbləşmə gedir. İşğalçı ölkənin Qərbə bağladığı ümidlərinin puç olması hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar və fikir ayrılıqlarına səbəb olub. Zənnimcə, bu Paşinyan üçün nəticələri qorxulu olan bir gələcək deməkdir”.