“Avropa Birliyi ilə anlaşma ölkəmiz üçün önəmli hadisədir” Siyasət

“Avropa Birliyi ilə anlaşma ölkəmiz üçün önəmli hadisədir”

15 may

"Azərbaycanla Avropa Birliyi arasında uzun müddətdir gözlənilən ticarət və əməkdaşlıq haqqında saziş imzalanması prosesi gedir. Ölkəmizin Avropa ilə yaxınlaşmasına maraqlı olmayan bir sıra daxili və xarici qüvvələr var. Xarici qüvvələr arasında Rusiya və orada tüğyan edən erməni lobbisini onlara yaxın bir çox şəxsləri misal göstərmək olar. Son dövrlər regionda baş verən bir çox gərginliklərin kökündə məhz bu amil dayanır". Bu fikirləri siyasi ekspert Kamran Sultanlı deyib. O bildirib ki, daxildə olan bir çox qüvvələr var ki, dövlətə qarşı qarayaxma kompaniyalarına əl atırlar: "Son günlər dövlətə qarşı bir sıra kompaniyalar birbaşa dövlətçiliyimizə qarşı olan qüvvələrin fəaliyyətidir. Avropa Birliyi ilə anlaşmanı ölkəmiz üçün önəmli hadisə hesab edirəm. Bu Azərbaycanın Avro-Atlantik məkana yaxınlaşmasına kömək edəcək. Ölkəmizə qarşı olan daxili və xarici qüvvələrə qarşı birlikdə mübarizə aparmalıyıq. Avropa Birliyi ilə anlaşma lkəmizin gələcək təhlkəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir".