18 Sentyabr 22:26
18 Sentyabr 16:26
24 Sentyabr 2019 13:34
5 670
Qarabağdakı seçkidən sonra hərbi fəaliyyət mümkündür.
Bunu “168 Jam”a açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Qarabağdakı növbəti seçkidən sonra hərbi fəaliyyətlər mümkündür. Belə ki, azərbaycanlılar əmindirlər ki, bütün işlərə Qarabağ klanı rəhbərlik edir və indi İrəvanda hakimiyyətə qarabağlıları bitirmək istəyən adamlar gəliblər. Seçki nəticəsində hakimiyyət dəyişikliyini Azərbaycan alqışlayacaq və bu, zəifləmə kimi qəbul ediləcək. Ermənistanın yeni hökuməti belə düşünməyə imkan verir. Ermənistan çox çətin situasiyadadır və cəmiyyətdə belə ayırıcı xətlər ermənilər üçün ölümcül ola bilər”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində erməni separatçıları 2020-ci ildə “prezident seçkisi” keçirməyə hazırlaşır.
18:41
931
10:00
2 576
18 Sentyabr 19:56
1 092