WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
8 Oktyabr 2019 11:59
2 429
Azərbaycan, Türkiyə və Rusiya siyasət və iqtisadiyyatın müxtəlif sahələrində üçtərəfli əməkdaşlığın inkişafı üçün ciddi potensiala malikdir.
Bunu Türkiyə Prezidentinin yanında Təhlükəsizlik və Xarici Siyasət məsələləri Şurasının üzvü Mesut Hakkı Caşin Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
O bildirib ki, bugünkü gün Bakı, Ankara və Moskva iqtisadiyyatın aparıcı sahələri və enerji sahəsində uğurla əməkdaşlıq edir:
“Ölkələrimiz birgə layihələr reallaşdırır və reallaşan layihələrin təhlükəsizliyinin qarantı olaraq üç ölkənin liderləri çıxış edir. Hesab edirəm ki, enerji sahəsində irimiqyaslı layihələrin reallaşdırılması böyük əhəmiyyət kəsb etməyə başlayır və bu, zəmin yaradır ki, üç vacib ölkə Avropanın enerji xəritəsini formalaşdırsın”.
M.S.Caşin qeyd edib ki, üçtərəfli əməkdaşlıq formatı iqtisadi, siyasi və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq üçün böyük perspektivlərə malikdir.