Brenda Şafferdən xəbərdarlıq Siyasət

Brenda Şafferdən xəbərdarlıq

"Rusiyaya Qarabağa qoşun yeritmək üçün bəhanə axtarır"
"Obama gərək Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət etməklə Amerikanın Cənubi Qafqazı tərk etmədiyini göstərsin"

"Qarabağda müharibənin başlanması Rusiyaya imkan verəcək ki, öz qoşunlarını buraya sülhməramlı simasında yeritsin". "Nyu York Tayms"a istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı politoloq Brenda Şaffer çıxış edib.
O, Amerikanın Cənubi Qafqazın suverenliyinin itirilməsinə yol verməməli olduğunu deyib: "Cənubi Qafqazdakı qeyri-stabillik həmçinin keçən ilin dekabr ayında Avropanın Rusiya qazından asılılığını azalda biləcək qaz kəmərinin çəkilişi ilə bağlı böyük layihənin məhv olmasına səbəb yarada bilər. Lakin bir maraqlı məqam var ki, amerikalı məmurlar sonuncu hərbi əməliyyatlardan sonra Rusiyanın təşəbbüsü ilə keçirilən ən yüksək səviyyədəki görüşləri alqışladığını bildirdilər. Məgər Vaşinqton Gürcüstan və Ukraynanın timsalında heç nə öyrənməyibmi? Konfliktin eskalasiyasının Qafqazda qarşısının alınması Putinin yeni əraziləri işğal etməsinin qarşısını alacaq. Prezident Obama gərək Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət etməklə Amerikanın Cənubi Qafqazı tərk etmədiyini göstərsin. Qarabağ Rusiyaya görə itirilmiş imperiyanın bərpa edilməsi üçün növbəti cəbhədir. Əgər Cənubi Qafqazın Rusiya ilə münasibətlərdə suverenliyini itirməsinə icazə verilsə, bu, Amerikanın keçmiş Sovet İttifaqı ölkələrində və ondan kənarda yeni birliklərin qorunub saxlanılmasına ölümcül zərbə olacaq".