Türkiyənin 42 vilayətində kiberdələduzluq əməliyyatı: 74 nəfər saxlanılıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Misirli diplomat Rusiya xalqının birlik ili münasibətilə təşkil olunan konsertdə iştirak edib
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı
14:00
210
Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 2028-ci il İllik İclası Dövlət Neft Fondunun (ARDNF) ev sahibliyi ilə Bakıda keçiriləcək.
“APA-Economics” xəbər verir ki, bu barədə qərar noyabrın 11–13-də Yunanıstanın paytaxtı Afinada keçirilən SFBF-nin 18-ci İllik İclası çərçivəsində baş tutan səsvermənin nəticələrinə əsasən qəbul edilib.
2028-ci ildə keçiriləcək tədbir suveren fondların fəaliyyətini tənzimləyən Santyaqo Prinsiplərinin qəbul edilməsinin 20-ci ildönümünə təsadüf edəcək.
Qeyd edək ki, ARDNF Forumun təsisçi üzvlərindən biridir və təşkilatın fəaliyyətində yarandığı dövrdən fəal iştirak edir.
2009-cu ildə yaradılan Suveren Fondların Beynəlxalq Forumu suveren fondlar arasında əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və beynəlxalq investisiya təcrübələrinin təşviqinə xidmət edir. Forumun fəaliyyətinin əsasını şəffaflıq, hesabatlılıq və səmərəli idarəetmə prinsiplərini əhatə edən 24 Santyaqo Prinsipi təşkil edir.
13:43
364
11:41
595
10:53
623