13:41
112
Türkiyənin “Qalatasaray” klubu rusiyalı futbolçusu Aleksey Batrakovun müqaviləsində dəyişiklik etməyə hazırlaşır.
Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
İstanbul təmsilçisi 21 yaşlı futbolçunun meneceri Vladimir Kuzmiçevlə danışıqlar aparmaq niyyətindədir. Menecerin yaxın 15 gün ərzində İstanbula gələcəyi gözlənilir.
“Qalatasaray” Batrakovun maaşında endirim etməklə yanaşı, müqaviləsindəki sərbəstqalma məbləğini 55 milyon avrodan 70 milyon avroya yüksəltməyi planlaşdırır. Bu dəyişiklik müqavilənin bütün müddəti üçün qüvvədə olacaq.
Rusiyalı futbolçunun qış transfer pəncərəsində komandadan ayrılması isə FIFA qaydalarına görə mümkün deyil. Belə ki, futbolçular bir mövsüm ərzində ən çoxu iki fərqli klubun formasını geyinə bilərlər. Mövsümün əvvəlində Moskva “Lokomotiv”ində 5 oyuna çıxan Batrakov mövsümün sonunadək başqa komandada çıxış edə bilməz.
Qeyd edək ki, Aleksey Batrakov “Qalatasaray”ın heyətində 13 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun İstanbul klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.