13:41
245.jpg)
ABŞ və Avropa alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, 2080-ci illərə qədər insanabənzər robotların sayı 10 milyardı keçərək Yer kürəsi əhalisinin sayını üstələyə bilər.
Xalqcebhesi.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Milan, Ekseter və Rokfeller universitetlərinin tədqiqatçılar qrupunun məqaləsində təsvir edilən ssenari kifayət qədər enerji təchizatının və androidlərin iştirakı ilə muxtar istehsalın mövcudluğunu nəzərdə tutur. Bununla belə, alimlər vurğulayıblar ki, "say üstünlüyü sosial, siyasi və ya iqtisadi hökmranlıqla qarışdırılmamalıdır".
BMT-nin proqnozlarına əsasən, planetin əhalisi 2080-ci illərin ortalarında təxminən 10,3 milyard nəfərlə pik həddə çatacaq və bundan sonra tədricən azalmağa başlayacaq.
Araşdırmaya görə, androidlər istehsal prosesində özləri iştirak edərlərsə, həmçinin kifayət qədər elektrik enerjisi və ehtiyat hissələri mövcud olarsa, təxminən 2083-cü ilə qədər sayca insanları üstələyə bilərlər. Bu ssenari bazar proqnozlarına əsaslanan 4 mindən çox nəzərdən keçirilmiş variantdan biridir. Həmin proqnozlara görə, 2050-ci ilə qədər dünyada 1 milyarddan çox humanoid robot olacaq.
Hazırda dünyada təxminən 10 min insanabənzər robot var. Onlardan zavod və anbarlarda, həmçinin ev köməkçisi və baxıcı kimi istifadə ediləcəyi gözlənilir. Androidlərin iştirakı ilə əlavə istehsal kanalı olmadan indiki templə artım davam edərsə, 2100-cü ilə qədər onların sayı təxminən 4 milyard təşkil edəcək ki, bu da Yer əhalisinin proqnozlaşdırılan sayından (təxminən 10,2 milyard nəfər) xeyli azdır.
Məryəm Quliyeva