Hikmət Hacıyev: “18-31 may tarixlərində xaricdəki azərbaycanlılar xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək” Siyasət

Hikmət Hacıyev: “18-31 may tarixlərində xaricdəki azərbaycanlılar xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək”

“Ölkədəki vətəndaşların və xaricdən gətirilən azərbaycanlıların sağlamlıqlarını təmin etmək üçün xaricdən gətirilənlər 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, məqsəd koronavirusla bağlı yeni ocaqların qarşısının alınmasıdır: “18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək”.