İspaniya Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib Siyasət

İspaniya Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
“Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.
Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz”.