“FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb
Türkiyə "S-400" məsələsi ilə bağlı işlərin davam etdiyini bildirib
“Bu, Britaniyanın Avropa İttifaqına geri qayıtması anlamına gəlmir”
“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir”
Dövlət Agentliyi: Dənizçilərimizi müharibə zonalarından uzaq durmağa çağırırıq
29 May 2020 10:54
1 988
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.