Ceyhun Məmmədov: Yenidən sərt karantin rejiminin təbiqində əsas məqsəd xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır Siyasət

Ceyhun Məmmədov: Yenidən sərt karantin rejiminin təbiqində əsas məqsəd xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır

Azərbaycan ilk gündən pandemiya ilə mübarizə istiqamətində operativ və adekvat qərarlar qəbul etdi.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, ilk günlər ölkəmizin nəticələri yüksək idi, virusa yoluxanların sayı az idi. Hətta Azərbaycan təcrübəsi digər ölkələrə nümunəvi model kimi göstərilirdi. Hamı tezliklə virusun yox olacağını düşünürdü. Ancaq təəssüfkü belə olmadı. Prosesin nə vaxt başa çatacağı isə məlum deyil:
"Xüsusi qeyd etmək lazımdər ki, bu dövrdə Azərbaycan özünə qapanmadı, 29 ölkəyə humanitar yardım göstərdi. Bir neçə beynəlxalq tədbirin təşəbbüskarı və təşkilatçısı oldu. Bunu nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana dəfələrlə təşəkkür etdi.
Təəssüfkü sonrakı dövrdə bəzi vətəndaşlarımızın virusa məsuliyyətsiz yanaşması nəticəsində virusa yoluxanların sayı sürətlə artdı. Hər gün 350-400 arası vətəndaşımız bu xəstəliyin qurbanı olur. Burada ilk günlər xəstəliyin olmaması barədə dövriyyəyə buraxılan yanlış məlumatlar da ciddi rol oynadı. Dəfələrlə deyilməsinə baxmayaraq insanlarımız özlərini qorumadılar".
Deputat bildirib ki, yenidən sərt karantin rejiminin təbiqində əsas məqsəd insanların ünsiyyətini məhdudlaşdırmaq, xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır. Əgər insanlar bu qaydalara əməl etsələr karantin rejimi daha tez başa çata bilər:
"Hamı bilməlidir ki, əgər vətəndaşlarımız qaydalara əməl etməsələr vəziyyət daha ağır olacaq. Real vəziyyətin təhlili yenidən sərt karantin rejiminin tətbiqini zəruri edir. Əgər bu qaydalara əməl etməsək dünyasını dəyişən insanların sayı sürətlə artacaq. Hər birimizin ətrafında bu virusdan dünyasını dəyişən insanlar olacaq.
Məlum olduğu kimi, hər bir ölkənin konkret sayda xəstə qəbul etmək imkanı var. Elə ola bilər ki, artıq xəstəxanalarda yer olmasın. Buna qəti imkan verməməliyik. Bu hər birimizdən asılıdır. Tez-tez sual verirlər ki, virusun qarşısın nə zaman alıncaq. Cavab belədir: İnsanlarımız qaydalara nə qədər əməl etsələr bir o qədər tez bu bəla bizim üstümüzdən gedəcək.
Təəssüfkü bu gün də Bakı küçələrində maskasız, sosial məsafə gözləmədən hərəkət edən insanları görürük. Bu qədər məsuliyyətsizlik olmaz. Bu insanlar öz məsuliyyətsizlikləri ilə digər vətəndaşlarımızı həyatını da təhlükə altında qoyurlar.
Hər bir vətəndaş diqqətli olmalı, özünü və yaxınlarını qorumalı, birlik və bərabərlik nümayiş etdirməlidir. Bu həm də vətəndaş borcudur. Hamı bilməlidir ki, müvəqqəti çətinlikdir və müəyyən zamandan sonra həyat öz axarına qayıdacaq".