İsa Qəmbərin mitinqə getməsi aranı qatdı Siyasət

İsa Qəmbərin mitinqə getməsi aranı qatdı

Azər Ayxan: "Belə davam etməyəcək"

Mirzə Sakit: "İsa Qəmbərin yerinə olsaydım mitinq olan yerə bir boçka gətizdirərdim"

Azər Həsrət: "Mitinqdə İsa Qəmbərə və Müsavatçılara hörmətsizlik edildi"

Milli Şuranın mitinqində Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, yeni seçilmiş başqan Arif Hacılı və AXP sədri Pənah Hüseyn də iştirak edib. Həmin mitinqə müxalifət təmsilçiləri birmənalı münasibət bildirməyib. "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan "fasebook" hesabında İsa Qəmbərə yönəlik fikir bildirib. Adıçəkilən qəzet rəsmisi eks-başqanın mitinqdəki şəklini paylaşaraq, onu tez-tez ortada görünməkdə ittiham edib: "Maraqlı fotodur. Fasebookda maraqlı şərhlər yazılır bunun altından. Sanki İsa Qəmbər bu fotonu çəkdirmək üçün gedibmiş mitinqə. Məncə İsa Qəmbər bir neçə ay kənara çəkilməlidir ki, yeni başqan başqan kimi qəbul edilsin, görünsün, duyulsun. Belə davam etməyəcək. Belə davam edə bilməz".
Mitinqə keçmiş AXCP üzvü Mirzə Sakit tərəfindən də münasibət bildirilib. O, öz "fasebook" hesabında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Milli Şuranın mitinqinə qatılaraq, sıravi mitinqçilər arasında dayanmasına özünəməxsus şəkildə şərh verib. İsa Qəmbərin 21 il başqan olduğunu, lakin siyasi taktikaya malik olmadığını eyham edən Mirzə Sakit fikirlərini bu cür ifadə edib: "...İsa Qəmbərin yerinə olsaydım mitinq olan yerə bir boçka gətizdirərdim və Nəim əfəndi kimi çıxardım o boçkanın üstünə mən də bu tərəfdə nitq söyləyərdim. Öyünü kosmos tiksin, 21 il başqan oldu, bu taktikanı da bilmədi...".
Siyasi şərhçi Azər Həsrət isə bildirib ki, mitinqdə həqiqətən İsa Qəmbərə və müsavatçılara hörmətsizlik edildi: "Ən azından etika xatirinə Arif Hacılını başqan seçilməsi münasibətilə təbrik edib Müsavatçıları salamlamaq olardı. Bunu belə etməyi bacarmayanlar nə üzlə hakimiyyətə can atırlar, anlamıram düzü... Daha bir əlavə edim ki, stadionun ölçülərinin 90x60 m olduğunu nəzərə alsaq bura bütövlükdə ən yaxşı halda 8 min nəfər yerləşər. təxminən hər 0,7 kv m.-ə 1 nəfər düşməklə. Hər kəs hesablaya bilər və mitinq təcrübəsi zəngin olan birisi kimi yazıram bunu".

Əli