“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
25 Avqust 2020 19:42
3 360
“Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil və hərəkətləri regionda üçüncü ölkələrə qarşı yönəlməyib”.
TASS-ın verdiyi məlumata görə, bu bəyanatı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıda Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşdə səsləndirib.
“Ermənistanla sərhəddə baş verənlərdən xəbərdarıq və hadisələri həyəcanla izləyirdik. Və bizim öz bazalarımıza uçuşlarımızla əlaqədar narahatlıqları da bilirik. Birbaşa bildirmək istəyirəm ki, bizim bütün hərəkətlərimiz heç vaxt və indi də qonşumuz və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil, - deyə S. Şoyqu vurğulayıb.
Nazirin sözlərinə görə, Ermənistandakı Rusiya hərbi bazasında sosial obyektlərin tikintisi aparılır.
“Müəyyən aktivlik bununla əlaqədardır. İkinci məsələ isə çağırış kampaniyasıdır. Kimisə evə qaytarmaq, kimi isə hərbi xidmətə göndərmək lazım idi. Yenə təkrar edirəm ki, bizim hərəkətlərimiz və addımlarımız heç vaxt Azərbaycana qarşı yönəlməyib, bu gün də belədir”, - deyə S. Şoyqu qeyd edib.
19 Sentyabr 18:41
1 295
19 Sentyabr 10:00
2 912
18 Sentyabr 19:56
1 267