Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
31 Avqust 2020 12:09
1 652
Niderlandın "haber.nl" portalında Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatlar zamanı qəhrəmanlıqla həlak olmuş azərbaycanlı hərbçi, mayor Anar Novruzovdan bəhs edən məqalə dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yazını Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev və Şuranın üzvü, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəri Kəmalə Ceylinova qələmə alıblar. Məqalədə Anar Novruzovun ömür yolu və 25 illik hərbi karyerası barədə ətraflı məlumat verilib. Aprel və Tovuz savaşlarının qəhrəmanı olan Anar Novruzovun vətənpərvərliyi, xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsədiyi, Türkiyədə mükəmməl hərbi təlim keçdiyi, erməni diversiya qruplarının kabusuna çevrildiyi, xidmət etdiyi dövrlərdə Qarabağ cəbhəsində dəfələrlə düşmən təxribatının qarşısının alınmasında şücaətlə iştirak etdiyi bildirilib. Məqalənin tam mətni ilə aşağıdakı linkdə: https://www.haber.nl/in-herdenking-van-een-held-anar-novruzov/
25 Oktyabr 22:16
1 778
25 Oktyabr 15:27
1 771
25 Oktyabr 10:20
1 855