15:21
441![]()
Yəmən hökuməti "Ənsar Allah" (husilər) qiyamçı hərəkatının hərbi əməliyyatları kəskinləşdirdiyi bir şəraitdə Birləşmiş Ştatların hərbi yardımına ehtiyac duyur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yəmən Prezident Rəhbərlik Şurasının sədr müavini Abdulla əl-Alimi Bavaxir bildirib.
"Bizim, şübhəsiz ki, Birləşmiş Ştatlar tərəfindən hərbi və təhlükəsizlik dəstəyinə ehtiyacımız var. Hava əməliyyatları vacibdir, lakin Yəmən hökumətinə və quru qoşunlarına göstərilən dəstək bu birləşmələrin yaratdığı təhlükənin aradan qaldırılmasını tam təmin edəcək", - deyə sədr müavini BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərini "Al-Monitor" portalı sitat gətirir.
O, ABŞ-nin Yəmən hökumətinə hansı formada dəstək verməli olduğunu birbaşa açıqlamaqdan çəkinib. Bavaxir, həmçinin ABŞ Prezidenti Donald Trampın sentyabrın 20-də Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Aliminin birbaşa hərbi yardım göstərilməsi ilə bağlı sorğusunu rədd etməsi barədə KİV-də yayılan xəbərləri şərh etməkdən imtina edib.
"Biz amerikalı əsgərlərin bizim üçün döyüşməyə getməsini istəmirik, lakin onların hərəkətsiz qalmasını da xahiş edə bilmərik", - deyə Bavaxir əlavə edib.
Məryəm Quliyeva