IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
10:14
616
"Gürcüstan və Azərbaycan arasında mövcud olan çox yaxşı tərəfdaşlıq və dostluq münasibətləri daha da gücləndirilməlidir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani deyib.
Onun sözlərinə görə, hər iki ölkənin strateji mövqeyindən səmərəli istifadə edilməli, həm iqtisadiyyat və turizm sahələrində, həm də qlobal siyasətdə mövqeləri möhkəmləndirilməlidir.
Gürcüstan parlamentin Təhsil, elm və gənclərin məsələləri üzrə komitəsinin sədri Mariam Laşxi öz növbəsində deyib ki, Gürcüstan üçün tərəfdaş ölkə olan Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
"Bu gün Orta Dəhlizin iki əsas sütunu olan ölkələr kimi biz təkcə fiziki əlaqələri deyil, boru kəmərləri və yollarla yanaşı rəqəmsal əlaqələri də müzakirə edirik. Əsas mövzularımızdan biri təhsil sahəsində əməkdaşlıq, gənclərin bir-biri ilə əlaqələndirilməsi və elm sahəsi də daxil olmaqla mübadilə proqramlarının həyata keçirilməsi olacaq", – deyə o əlavə edib.
Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfərin əsas məqsədi parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsidir.