IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
09:52
392
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) enerji qiymətlərindəki dəyişikliklərin Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib.
"APA-Economics" xəbər verir ki, bankın neft ixracatçısı olan Azərbaycan üçün enerji qiymətlərinin yüksəlməsi ixrac gəlirlərinin artmasına səbəb olub.
Hesabatda bildirilib ki, enerji qiymətlərindəki dəyişikliklər nəticəsində Azərbaycanın ixrac gəlirlərində yaranan əlavə təsirin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,9%-i həcmində olduğu hesablanıb.
EBRD qeyd edib ki, bir sıra ölkələrdə enerji idxal xərclərinin artımı əsasən dizel və aviasiya yanacağı ilə bağlı olduğu halda, xalis enerji ixracatçıları, o cümlədən Azərbaycan əlavə ixrac gəlirlərindən faydalanıb.
Bankın qiymətləndirməsinə görə, Azərbaycanın iqtisadi artım perspektivləri hələ də karbohidrogen qiymətləri və hasilat həcmlərindən asılı olaraq qalır. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, regional bağlantı layihələri və bərpa olunan enerji sahəsinə investisiyalar iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yaradır.