10:11
924
İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək üçün Nyu-Yorka birgünlük səfəri çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, İsrail premyerinin Rubio ilə görüşü müzakirə olunur və bu barədə qərar son anda verilə bilər. Bununla yanaşı, Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi qrafikdə nəzərdə tutulmayıb.
Məryəm Quliyeva