Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO Hadisə

Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO

Quba rayonunda torpaq sürüşməsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Rustov-Xanəgah avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Sürüşmə nəticəsində yolun asfalt örtüyündə çatlar əmələ gəlib. Hazırda sürüşmənin baş verdiyi ərazidə avtomobillərin təhlükəsizliyinin təmin olunması məqsədilə xəbərdarlıqedici lentlər çəkilib.

Qeyd edək ki, sözügedən avtomobil yolu bir neçə dağ kəndini rayon mərkəzi ilə birləşdirir.

Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO