İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
25 Noyabr 2020 12:15
1 442
27 ildən sonra Kəlbəcər rayonu işğaldan azad olunub.
Azərbaycan Ordusunun texnikaları Göygöl rayonunun Toğana kəndindən Kəlbəcərə daxil olaraq 27 illik işğala son qoyub.
Ordumuzun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna doğru hərəkət edib. Ordumuzun hərəkət istiqamətləri haqqında məlumat verən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri artıq başa çatdırılıb. Qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir: "Bilirsiniz ki, Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündür ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan Ordusu daxil olaraq Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək".
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistanın 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər boşaldılıb və rayon Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
22 Mart 17:00
1 211
20 Mart 19:24
4 564
20 Mart 09:57
2 555