Türkiyə ABŞ-ı Venesuelada beynəlxalq hüququ pozmaqda ittiham edib
“Türk dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi günün tələbi, zamanın diktəsidir”
İsrail Livanın “Hizbullah”ı tərksilah etmək səylərini yetərli saymır
“Azərbaycan Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və tərəqqinin aparıcı mərkəzinə çevrilib”
26 Noyabr 2020 17:01
2 331
Azərbaycan Respublikasının xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Nazirlər, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə dair müzakirələr aparıblar.
Tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
15:48
343
15:40
343
15:26
427