3 Oktyabr 17:04
3 Oktyabr 13:42
1 Dekabr 2020 15:24
2 898.jpg)
İranın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.
APA-nın İran səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İranın nüvə və raket sistemləri üzrə alimi və Müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı dekabrın 2-dən səfirlikdə başsağlığı kitabı açılacaq.
Mətbuat xidmətindən bildirilib ki, başsağlığı kitabı səfirliyin Bünyad Sərdarov 4 küçəsində yerləşən binasında açılacaq.
Bağsağlığı kitabı dekabrın 2-də (14:00 - 16:00), 3-də (10:00 - 12:00 14:00-16:00) və 4-də (10:00 - 12:00 14:00 - 16:00) açıq olacaq.
Xatırladaq ki, Möhsün Fəxrizadə noyabrın 27-də sui-qəsd nəticəsində qətlə yetirilib.
3 Oktyabr 17:03
1 225
3 Oktyabr 16:29
1 470
3 Oktyabr 15:34
1 141