GUAM Bazeldə toplaşıb Siyasət

GUAM Bazeldə toplaşıb

Xarici İşlər Nazirləri Şurasının iclasında üzv ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlər pislənib

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM-a üzv olan ölkələr onların suverenliyinə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətləri pisləyiblər.
Təşkilatdan verilən məlumatda deyilir: "Bazeldə keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında sədrlik edən tərəfin (Moldova) "GUAM məkanında həlli yubanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" adlı qətnamə layihəsinin irəliləməsi üzrə görülən işlər haqqında məlumatı diqqətə alınıb".
XİNŞ, həmçinin 2015-2016-cı illərdə GUAM-ın sahələr üzrə işçi qrupunun əlaqələndirici ölkələrinin təsdiqlənməsi haqqında qərar qəbul edib, GUAM-ın digər dövlət və beynəlxalq təşkilatlarla, xüsusilə ABŞ və Yaponiya ilə XİNŞ səviyyəsində əməkdaşlığı məsələlərini müzakirə edib.
XİNŞ-in iclası bu gün Bazeldə ATƏT nazirlərinin növbəti görüşü çərçivəsində keçirilib. İclasda Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri iştirak ediblər.