“Ermənistan yenidən sabitliyi pozmağa heç bir vəchlə cəhd etməməlidir” Siyasət

“Ermənistan yenidən sabitliyi pozmağa heç bir vəchlə cəhd etməməlidir”

İlyas Hüseynov: “Əks təqdirdə tamamilə darmadağın ediləcəklər”

“Biz davamlı olaraq Ermənistanda baş verən hadisələri yaxından izləyirik. 10 noyabr bəyanatına qarşı Ermənistanda müxtəlif fikirlər səslənir. Eyni zamanda hakimiyyətə gəlmək istəyən qüvvələr revanşist ritorika çıxış edir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, Ermənistan yenidən sabitliyi pozmağa heç bir vəchlə cəhd etməməlidir: “Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, bu dəfə tamamilə darmadağın ediləcəklər. 10 dekabr tarixində keçirilmiş Zəfər Paradı da göstərdi ki, Azərbaycanın kifayət qədər güclü ordusu var. Digər tərəfdən beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək”.

Əli