Aİ beş ölkənin 19 şirkətini Rusiya əleyhinə sanksiyalar siyahısına daxil edib Dünya

Aİ beş ölkənin 19 şirkətini Rusiya əleyhinə sanksiyalar siyahısına daxil edib

Avropa İttifaqı (Aİ) Rusiya şirkətlərindən əlavə, dünyanın 5 ölkəsindən olan 19 hüquqi şəxsi Rusiya əleyhinə sanksiyalar siyahısına daxil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının "Avropa İttifaqının Rəsmi Jurnalı"nda dərc edilmiş qərarında deyilir.

Siyahıda Birləşmiş Ərəb Əmirlikləri (14), Oman (1), Sinqapur (1), Honkonq (ÇXR, 2) və Seyşel adalarında (2) qeydiyyatdan keçmiş şirkətlərin adları yer alıb. Bu firmalardan biri həm BƏƏ-də, həm də Omanda qeydiyyatdadır. Şirkətlərin böyük əksəriyyəti Rusiya neftinin ticarətində iştirak etdikləri iddiası ilə sanksiya siyahısına salınıb.

Məryəm Quliyeva