“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi İdman

“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

Türkiyə Super Liqasının XII turunda keçiriləcək “Qalatasaray” – “Samsunspor” matçının stadionu dəyişdirilib.

İstanbul təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.

Qarşılaşma İstanbulun “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək.

Buna səbəb “Qalatasaray”ın ev oyunlarını keçirdiyi "RAMS Park"da təmir işlərinin davam etməsidir.

“Qalatasaray” – “Samsunspor” görüşü noyabrın 21-də, şənbə günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Medial

Medial

Medial