15:00
231
Türkiyənin müdafiə sənayesi şirkətləri ASELSAN və ROKETSAN ümumi dəyəri 1,28 milyard avro olan raket alt sistemlərinin tədarükünə dair müqavilələr imzalayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.
Müqavilələr raketlər üçün məlumat ötürmə sistemlərinin və özütuşlanan döyüş başlıqlarının tədarükünü nəzərdə tutur.
ASELSAN-ın İctimai Məlumatlandırma Platformasında (KAP) dərc olunan açıqlamasında qeyd edildiyi kimi, bu razılaşmalar Türkiyənin aparıcı müdafiə sənayesi müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Məryəm Quliyeva