Aİ Şurası Ukraynaya 8 milyard avroluq yeni tranşın ayrılmasını təsdiqləyib Dünya

Aİ Şurası Ukraynaya 8 milyard avroluq yeni tranşın ayrılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya münaqişə başlayandan bəri ən böyük birdəfəlik tranş olan 8 milyard avro vəsaitin ayrılmasını təsdiqləyib. Bu məbləğin 5 milyard avrosu 90 milyard avroluq proqram çərçivəsində hərbi maliyyələşdirmə, qalan hissəsi isə Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında bildirilir.

"Aİ Şurası Ukraynaya "Ukraine Facility" proqramı çərçivəsində tezliklə təxminən 8 milyard avro almağa imkan verəcək qərarı təsdiqləyib", – deyə bəyanatda qeyd olunur. Şura aydınlıq gətirib ki, bu vəsaitin 5 milyard avrosu 90 milyard avroluq ikillik proqram üzrə 2026-cı ilin maliyyələşdirməsindən ayrılan paydır.

Məryəm Quliyeva