"İndi təhlükəsizlik kəmərlərini bağlamaq lazımdır' Dünya

"İndi təhlükəsizlik kəmərlərini bağlamaq lazımdır'

Kırım körpüsünə zərbə endirildiyi bildirilir. Guya dronun bir hissəsi qövslərdən birinə toxunub və bu da onun 15° deformasiyasına səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sabiq deputatı Artur Bilous deyib.

'Mən körpüqurma mütəxəssisi deyiləm ki, belə bir zədənin nə qədər kritik olduğunu qiymətləndirim. Yalnız onu qeyd edəcəyəm ki, bizim KİV-lər də işğalçı hakimiyyətin məlumatlarına istinadən yazırlar ki, körpü üzrə hərəkəti günortadan sonra bərpa etməyi planlaşdırırlar.

Güman etmək olar ki, bu, son vaxtlar Hava Hücumundan Müdafiə (HHM) ilə yaxşı qorunan bu obyektə edilən ilk hücum cəhdi deyil. Hansı ki, düşmən Rostovdan Krıma dəmir yolu əlaqəsini işə saldıqdan sonra Kreml üçün strateji deyil, daha çox sakral əhəmiyyət kəsb edir" - o, deyib.

Sual yaranır: üçtərəfli sülh danışıqları dövründə belə zərbələrin endirilməsində məqsəd nədir? Onlar düşmənə hansı real zərər vuracaqlar? Bu, bizim körpülərə qarşı onsuz da mövcud olan hücumların güclənməsinə səbəb olmayacaqmı?

Xoşbəxtlikdən, körpü kimi belə fundamental konstruksiyanı tamamilə dağıtmaq elə də asan deyil. Amma təəssüf ki, ballistik raketləri olan düşmənin bunun üçün daha çox imkanları var:

"Ritorik sual: kimə və nədən daha çox zərər dəyəcək? Kırım körpüsünə zərbələrdən düşmənəmi? Yoxsa Dnepr üzərindəki körpülərə hücumlardan bizəmi? Məgər ponton keçidləri və Manilovun sualtı tunelləri bizə kömək edəcəkmi?

Elə isə körpülərimizin HHM mühafizəsinin gücləndirilməsinə diqqət yetirmək daha yaxşı olmazdımı? Həmçinin – Ukrayna körpülərinə və energetika obyektlərinə "dəmir"in gəldiyi Rusiya ərazisindəki nöqtələrə zərbələr endirməyə?

Üstəlik – bizim KİV-lərdə Trampın və onun danışıqçılarının tənqid olunması əvəzinə, infrastruktur obyektlərinə zərbələrlə bağlı heç olmasa qarşılıqlı moratoriyaya nail olmaq məqsədilə Kremlə təsir göstərmək üçün səylər göstərmələrini onlardan xahiş etmək olmazdımı?

Xəyallar, xəyallar. Kiyevlilər hətta işığın demək olar ki, söndürülmədiyi nisbətən sakit həftəsonundan belə artıq seviniblər. Amma görünür, indi təhlükəsizlik kəmərlərini bağlamaq lazımdır. Kaş ki, onlar hələ də olsun".

Cavid