17:38
175
Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdəki münaqişənin nizamlanması yollarını müzakirə ediblər.
Xalqcebhesi.az xəbər verir ki,"Kommersant"ın Rusiya Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, tərəflər Rusiya tərəfinin qiymətləndirməsinə əsasən, ABŞ və İsrailin İrana qarşı hərəkətləri nəticəsində yaranmış böhranlı vəziyyətin həlli variantlarını nəzərdən keçiriblər.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinə Tehranın ABŞ ilə münaqişənin nizamlanması üçün yeddi şərti təqdim edilib. Nəşrin məlumatına görə, İran bu şərtlərin yerinə yetirilməsini Hörmüz boğazının açılması ilə əlaqələndirir.
Məryəm Quliyeva