15:02
455
Avropa ölkələri öz bəyanatları ilə Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına töhfə vermək istəmədiklərini nümayiş etdirirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Avropalıların özündən mövqelərinin Ukrayna üzrə sülh prosesinə nə dərəcədə kömək edə biləcəyini anlamaq yaxşı olardı", – deyə o qeyd edib.
Bundan əlavə, Kreml nümayəndəsi bildirib ki, Moskva müvəqqəti atəşkəsdə maraqlı deyil və əsrlər boyu davam edəcək uzunmüddətli sülhə can atır. Onun sözlərinə görə, "xüsusi hərbi əməliyyat" davam edir və danışıqlar prosesi sülhün əldə olunmasına gətirib çıxarmalıdır.
Peskovun sözlərinə görə, Rusiya Ukrayna mövzusu ilə bağlı ABŞ-la aparılan müzakirələrin təfərrüatlarını açıqlamağı məqsədəuyğun hesab etmir.
Estoniyanın dekabrın 1-dən Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarını şərh edən Peskov bildirib ki, Tallin sərhəddə "divar" ucaldır, lakin tarix göstərir ki, bu cür tədbirlər onların təşəbbüskarlarına heç bir yaxşı nəticə gətirmir.
O həmçinin Estoniyanın və digər Avropa ölkələrinin Rusiyanın təxribatlarda əli olması ilə bağlı ittihamlarını əsassız adlandırıb və Moskvanın bunları tamamilə rədd etdiyini vurğulayıb.
Məryəm Quliyeva