16:18
280
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının "Ukraine Facility" proqramı çərçivəsində Ukrayna üçün ən böyük birdəfəlik tranşı – təxminən 8 milyard avro vəsaitin ayrılmasını təsdiqlədiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərinə görə, bu qərar Ukraynanın islahatlar üzrə 20-dən çox öhdəliyi yerinə yetirməsindən sonra qəbul edilib. Zelenski həmçinin ödənişin hazırlanmasının sürətləndirilməsinə göstərdiyi dəstəyə görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə təşəkkür edib.
Ukrayna lideri qeyd edib ki, Rusiya tərəfindən ölkənin enerji, istilik və su infrastrukturuna hücumların gücləndiyi bir vaxtda və qış ərəfəsində bu maliyyə dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə, Zelenski əldə olunan irəliləyişin Ukraynanın Avropa İttifaqına daxil olması üzrə son iki danışıqlar klasterinin açılmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Məryəm Quliyeva